UEFA Çempionlar liqasının daha bir oyunu Milanda keçirilib.
“İnter” “Portu” ilə qarşılaşıb. İlk dəqiqələrdən hücuma atılan meydan sahibləri bir neçə dəfə fərqlənməyə yaxın olsalarda hesab açılmayıb. 2-ci hissə də İtaliya təmsilçisinin üstünlüyü ilə davam edib. 78-ci dəqiqədə “Portu”nun heyətindən Otavio kobud oyuna görə 2-ci dəfə sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Görüşdə yeganə qolu 86-cı dəqiqədə Romelu Lukaku vurub. Belçikalı hücumçu 2-ci cəhddən topu qapıdan keçirib: “İnter” – “Portu” 1-0. Komandalar arasındakı cavab görüşü martın 15-i Portuqaliyada olacaq.